Döyülən jurnalistin müraciəti cavabsız qaldı

Bütün Xəbərlər
12:18 12.04.2011
1687
Qərarın nə vaxt çıxarılmasından da xəbərsizəm. Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyevin köməkçisi Araz Həsənovla telefon əlaqəsi saxlayıb məhkəmənin nə vaxt olacağını soruşdum. O, bildirdi ki, məhkmə olub, qərar da var, amma, qərarda nələr yazıldığından xəbərsiz olduğunu söylədi.”

Qeyd edək ki, R.İbrahimov 26 noyabr 2010-cu ildə “Qış bulvarı” adı altında Topçubaşov küçəsində aparılan söküntülər, sakinlərin narazılığı ilə bağlı reportaj hazırlayarkən Bakı şəhər İcra Hakimiyyətinin həmin əraziyə ezam olunmuş əməkdaşlarının təzyiqləri və təhqirlərilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin müraciət etmişdi. Bölmənin baş təhqiqatçısı polis kapitanı Yaşar İsayevin 06 yanvar 2011-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması qərarından Nəsimi Rayon Məhkəməsinin şikayət etmişdi.

Jurnaılist 12 fevral Prezident Adminsitrasiyasının qarşısında “Mur-Ay” MMC rəhbərliyinin aldatığı payçıların keçirdiyi etiraz aksiyası zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları döymüşdü. Həmin gün reportyor Ramid İbrahimov Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət etmişdi: “Müraciətin nəticəsi ilə bağlı olaraq bölmədə Fazil adlı müstəntiqlə görüşdüm. O, da bildirdi ki, nəticə məlumdur, sizə göndərmişik. Bildirdim ki, mənə heç nə gəlməyib. O, isə dedi “başqa vaxt gələr, istədiyinizi verək”.


OXŞAR XƏBƏRLƏR