Hazırda dünyada yarım milyarddan çox insan şişmanlıqdan əziyyət çəkir. Bu, Londonun İmper Kollecinin əməkdaşlarının 1980-2008-ci illər ərzində dünyanın 199 ölkəsində apardığı təhqiqat nəticəsində məlum olub. Əgər 1980-ci ildə dünyada kişilərin 4,8 faizi, qadınların 7,9 faizi şişmanlıqdan əziyyət çəkibsə, 2008-ci ildə bu rəqəm müvafiq olaraq 9,8 faiz və 13,8 faizə çatıb.
Hazırda dünyada 205 milyon kişi, 297 milyon qadın şişmanlıqdan əziyyət çəkir. //lent.az