Dünyaya 194-cü ölkə gəldi

Dünyaya 194-cü ölkə gəldi
Bütün Xəbərlər
06:31 08.02.2011
1809

Bununla da, dünyanın 194-cü dövlətinin qurulması reallaşb.

 

Referendum nəticələrini təsdiq edən qanununu dövlət televiziyasında sudanlı nazir Bəkri Həsən Saleh élan edib: “Cənubdakı insanların seçiminə və referendum nəticələrinə hörmətlə qəbul etdiyimizi elan edirik”.

Qeyd edək ki, Cənub Sudanda yanvarın 9-da başlayan referendum bir həftə davam edib. Referendumun nəticələrilə bağlı ilk rəsmi məlumatda, Cənub Sudanın şimaldan ayrılmasının 99,57 % səs çoxluğu ilə qəbul edildiyi bildirilib.

Xatırladaq ki, Şimal və Cənub arasında, 1983-2005 illərdə 2 milyondan çox adamın öldüyü vətəndaş müharibəsibaş vermişdi. 2005-ci ildə sülh müqaviləsi bağlanıb, referendum keçirilməsinə qərar verilmişdi. Bu razılaşma uyğun olaraq, müstəqillik referendumu keçən ay keçirilərək Sudanın cənubu dünyanın ən yeni ölkəsi olub. 

OXŞAR XƏBƏRLƏR