CHP-nin keçmiş sədri və millət vəkili Dəniz Baykal Antalyada yumurta atəşinə tutulub. CNNTürk agentliyinin yaydığı məlumata görə, 12 iyun seçkiləri ilə əlaqədar olaraq CHP-nin Antalyadan namizədi olan Dəniz Baykal digər namizədlərlə birlikdə Serik mahalına gedib.
Çınaraltı Meydanında seçicilərlə görüşən Baykala 4 nəfərdən ibarət qrup yumurta atmağa başlayıb. Lakin atılan yumurtalardan heç biri Baykala dəyməyib.










































