Ölkənin ən böyük gənclər tədbirinin məşhurları açıqlanmaqdadır.
Belə ki, 25 İyun tarixində baş tutacaq və 11001 gəncin iştirak edəcəyi “IB Gənclər Festivalı”nda gənclərin qarşısında çıxış edəcək Bəhram Bağırzadə, müğənni kimi Elnur Məmmədov və Rauf ictimaiyyətə təqdim olunub.
Gənclərin sevimlisi olan digər məşhurlar isə yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, IB Gənclər Festivalının aparıcıları Hüsniyyə Məhərrəmova və Murad Arifdir.
Festivalda ödənişsiz olaraq iştirak etmək üçün IB Club baş ofisinə (Caspian Business Center) və ya 1 saylı ASAN Mərkəzinə müraciət etmək lazımdır.
Təşkilat Komitəsindən verilən məlumata görə artıq qeydiyyatdan keçən gənc sayı 14000 nəfəri keçib. Eyni zamanda artıq 5000 nəfərdən çox gənc dəvətnamələri IB Club ofisi və ASAN mərkəzlərindən əldə edib. Qeyd edək ki, Azərbaycanın ən böyük gənclər festivalının informasiya dəstəkçisi azxeber.com-dur