Daha bir ölkə Azərbaycan vətəndaşları üçün vizanı ləvğ edib

Daha bir ölkə Azərbaycan vətəndaşları üçün vizanı ləvğ edib
Bütün Xəbərlər
16:25 27.06.2011
1604

Albaniya Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistandan 90 gün müddətinə səfər edən vətəndaşlar üçün viza tələb etməyəcək. Albaniya yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yeni qayda bir il müddətində qüvvədə qalacaq. 

Qeyd edək ki, vizanın ləvğ edilməsi barədə Albaniya hökumətinin qərarı ölkənin miqrasiya qanunlarında gələcək liberallaşma islahatlarının həyata keçirilməsinə xidmət edir. 

Qeyd edək ki, bu vaxta qədər şərqi balkan ölkəsi 1 iyundan 31 oktyabr tarixi istisna olmaqla, bir il müddətində viza tələb edirdi.

 

OXŞAR XƏBƏRLƏR