Bu ananın birinci doğuşu idi.
Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, bu, ananın birinci doğuşudur.
İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.