Daha bir avtobus yük maşını ilə toqquşdu

Daha bir avtobus yük maşını ilə toqquşdu
Bütün Xəbərlər
18:13 08.06.2015
2383
Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb.
“Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR