Son günlər FETÖ-çularla məsələnin yenidən gündəmə gəlməsi və Türkiyədə terrorçu adlandırılmasından sonra onun ölkəmizdəki tərəfdarlarının da ovuna başlanıb. Artıq bir neçə şəxs FETÖ ilə əlaqəsinə görə həbs olunub. Maraqlıdır ki, Gülənin tərəfdarları Azərbaycan müxalifətindən tutmuş, biznes struktruna qədər nüfuz edə bilib. Son günlər isə bəzi millət vəkillərimizin də FETÖ ilə əlaqələri olması mətbuatın gündəm mövzusuna çevrilib. AZXEBER.COM-un məlumatına görə, 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov sən demə, Azərbaycanda Fətullah Gülən cameəsi ilə iş birliyində olan əsas fiqurlardan biri olsa da, kölgədə qalmağa müvəffəq olub.
Biznesmen deputatın Azərbaycanda biznesinin qurulması Fətullah Gülənin adamlarının dəstəyi ilə baş tutub. İqbal Məmmədov Gülən camaatının Azərbaycandakı biznes rıçaqlarından birini icra edən əsas fiqurlardandır. Maraqlı orasıdır ki, nurçulara qarşı basqılar zamanı İqbal Məmmədov hədəf olmaqdan yayına bildi. Amma bu müvəqqəti xarakter daşıyırmış.
Məlumata görə, bir neçə ay əvvəl hələ Türkiyənin baş naziri olarkən Azərbaycana səfər edən Rəcəb Tayyib Ərdoğanın vurulmasını istədiyi nurçu iş adamları sırasında onun da adı var imiş.Sosial şəbəkələrdə yayılan bir foto isə İqbal Məmmədovun FETÖ ilə münasibətlərini ortaya qoyur. Belə ki, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünverlə deputatın İqbal Məmmədovun şəkili üzə çıxıb. Onların nə məqsədlə görüşməsi haqda isə bilgi verilmir. Görəsən, bir deputatın lisey müdiri ilə - özü də Fetullah Gülənin ən yaxın adamlarından sayılan bir müdir ilə görüşünün təfərrüatları nə ola bilər? Onu da qeyd edək ki, FETÖ-çularla sıx münasibətdə olan İqbal Məmmədov bir neçə il öncə biznesini İstanbula köçürüb və orada bir neçə yerdə ev alıb. Hətta deputatın yaxın qohumlarının da İstanbulda yaşaması haqda məlumat var.Məsələylə bağlı İqbal Məmmədovla əlaqə saxlamağa çalışsaq da, deputat telefonlara cavab vermədi.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Son olaraq İqbal Məmmədovun FETÖ-nun ən yaxın adamlarından sayılan Hayrettin Ünvarla fotosunu təqdim edirik:
