O martın 19-da cəbhədə baş vermiş döyüşlər zamanı yaralnmışdır.
Ermənilər daha bir əsgərlərinin ölüm xəbərini etiraf ediblər.AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb.
Məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində yaralanmış erməni əsgərlərindən biri Samvel Sasunoviç Akopyan ölüb.Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vurduğu, 20-dək hərbi qulluqçusunun məhv edildiyi və yaralandığı barədə məlumat yayıb.