Daha bir əsgərimiz xəstəlikdən vəfat etdi

Daha bir əsgərimiz xəstəlikdən vəfat etdi
Bütün Xəbərlər
12:47 07.08.2012
1628
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib. Hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişib.

T. Bəyovun bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev  faktı təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR