Daha bir əsgərimiz yaralandı

Daha bir əsgərimiz yaralandı
Bütün Xəbərlər
11:29 02.04.2012
1379
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri yaralanıb.
Müdafə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin Trend-ə verdiyi məlumata görə, aprelin 1-də Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində əsgər Ağarza Mirməhəmməd oğlu Əmirov yaralanıb.Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti stabildir.Ağarza Əmirov Bakının Yasamal rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR