Daha bir gənc suda boğularaq öldü

Daha bir gənc suda boğularaq öldü
SOSİAL
09:43 07.08.2026
241
Beyləqan rayonunda kanalda batan şəxsin meyitinin tapılması istiqamətində axtarışlar aparılır.

AZXEBER.COM xəbər verir ki, hadisə Birinci Şahsevən kəndi ərazisində, "Yeni Xan Qızı" adlanan beton kanalda baş verib.

İlkin məlumata görə, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kanalda çimərkən suda batıb. Hazırda onun meyitinin aşkarlanması üçün müvafiq qurumlar tərəfindən axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı prokurorluqda araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR