Daha bir jurnalistlə bağlı prezidentə müraciət olundu

Daha bir jurnalistlə bağlı prezidentə müraciət olundu
MEDIA
17:08 12.07.2013
1717

Bir sıra tanınmış ictimai xadimlər və müxtəlif KİV-lərdə çalışan 20-dən artıq redaktor və jurnalist daha bir həmkarlarına dəstək vermək xahişilə Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə ölkə başçısından Teleqraf.com saytının redaktoru Zahid Nurəliyev və həyat yoldaşı Rəna Hacıyevanın jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına yardım etməsi xahiş olunur.

Müraciətdə deyilir: "Cənab Prezident! Biz, bu müraciəti imzalayanlar Sizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamınızı yüksək qiymətləndirir və bunu Azərbaycan jurnalistlərinə diqqət və qayğınızın göstəricisi hesab edirik. Bu il jurnalistlərin peşə bayramı ərəfəsində mənzilə ehtiyacı olan media nümayəndələrinə yeni mənzillərin açarlarının təqdim olunacağı gözlənilir və bu, bizi çox sevindirir. Sizə müraciət etməkdə məqsədimiz isə mənzilə kəskin ehtiyacı olan, lakin müəyyən edilən şərtlərdən birinə cavab verməyən və bu səbəbdən mənzil alacaq jurnalistlərin siyahısından kənarda qalan jurnalistlərimizdən birinə - Teleqraf.com saytının redaktoru Zahid Nurəliyevə istisna hal kimi yardım etməyinizlə bağlıdır. Belə ki, jurnalistikada 15 illik təcrübəsi olsa da, hazırda onun çalışdığı KİV iki ildir ki, fəaliyyətə başlayıb. Müəyyən olunan şərtlərdə isə bildirilir ki, mənzillər son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-də (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlara verilə bilər" - deyə, müraciətdə bilidirilir. Qeyd edək ki, Zahid Nurəliyev Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ilin fevral ayından “Avrasiya” qəzetində çalışmağa başlayıb. O vaxtdan etibarən müxtəlif aparıcı qəzetlərdə - “Bu gün”, “Reytinq”, ”Mərkəz”, “Politika”, “Ölkə” və s. müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından etibarən isə “Gündəlik Teleqraf” qəzetinin internet versiyasının – Teleqraf.com saytının redaktorudur. Jurnalist kimi fəaliyyətə başladığı 1998-ci ildən indiyə kimi heç bir siyasi partiyanın üzvü olmayıb. Jurnalist fəaliyyəti zamanı peşə etikasına əməl etməyə çalışıb. Fəaliyyətinə görə heç zaman məhkəməyə çəkilməyib və Mətbuat Şurası tərəfindən tənbehlə qarşılaşmayıb. Ailəlidir, iki övladı var. Həyat yoldaşı Rəna Hacıyeva Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1994-cü ildən etibarən “7 gün”, “Yeni Müsavat” qəzetlərində, “Space” telekanalında, “OK Azərbaycan” jurnalında çalışıb. Lakin ailənin azyaşlı qızı “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkdiyi üçün onunla məşğul olmaq məcburiyyətindədir və 2007-ci ildən etibarən işləmir. Zahid Nurəliyev və həyat yoldaşına məxsus hər hansı daşınmaz əmlak, avtomobil, o cümlədən mənzil yoxdur. Ailə 2003-cü ildən bu günədək o qədər də əlverişli şəraiti olmayan kirayə mənzillərdə yaşamağa məcburdur. Həm xəstə uşağın müalicəsi, həm kirayə xərci ailənin maddi vəziyyətini daha da acınacaqlı edir. Müraciət müəllifləri bildirilər ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam mənzilə ciddi ehtiyacı olan bu ailənin uzun illərin kirayənişin həyatının əzab-əziyyətindən qurtulacağına dair böyük ümidlər yaradıb: "Xahiş edirik ki, Zahid Nurəliyev və həyat yoldaşının jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına göstəriş verəsiniz". Müraciəti "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA-nın redaktorları - Nurşən Quliyev, Şahin Cəfərli, Cavid İsmayıl, Məhbubə Qasımbəyli, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, telejurnalist Anar Yusifoğlu, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Lent.az saytının redaktoru Səbuhi Məmmədli, Kulis.az-ın redaktoru Qan Turalı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu, jurnalistlər Məmməd Süleymanov, Samirə Əhmədbəyli,Kifayət Haqverdiyeva, Jalə Seyidli, Səbinə Əvəzqızı, Mahir Mehdi, Elxan Salahov imzalayıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı