Daha bir kafedə fahişəxana aşkarlandı

Daha bir kafedə fahişəxana aşkarlandı
Bütün Xəbərlər
14:57 04.04.2015
2044

Polis əməliyyat keçirib.

Biləsuvar sakinlərinin kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aranlı kənd sakini Allahverən Alıkişiyev və Cəlil Balakişiyev saxlanılıblar.

Onların rayonun Qızılkənd kəndində özlərinə məxsus kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR