Daha bir nəhəng beynəlxalq maliyyə təşkilatı “Bank Respublika”nı dəstəklədi! - FOTO

Daha bir nəhəng beynəlxalq maliyyə təşkilatı “Bank Respublika”nı dəstəklədi! - FOTO
İQTİSADİYYAT
11:23 02.10.2019
4414
Uzun fasilədən sonra daha bir böyük beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta üzrə svop-sazişi imzalayıb.

AZXEBER.COM xəbər verir ki. bu saziş, banka müştərilərini valyuta risklərindən sığortalamağa və yerli valyutada maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq. Müqaviləyə əsasən, Bank Respublika və IFC, valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək. Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək.

""Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan Bank Respublika, öz müştərilərini dəstəkləyərək, onları ölkə iqtisadiyyatının inkişafına töhvə verməsinə təşviq edir. IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir”, deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

"Biz bundan sonra da Azərbaycana özəl sektorun imkanlarından istifadə etməkdə köməklik göstərməyə davam edəcəyik və bizim çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə bağlanmış müqavilə bu strategiyanın tərkib hissəsidir. Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək üçün Azərbaycanın ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səyləri ilə üst-ustə düşür”, deyə IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes vurğulayıb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

IFC haqda ətraflı məlumat almaq üçün sayta müraciət edə bilərsiniz: www.ifc.org
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
20:02 26.10.2026
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
20:00 26.10.2026
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
19:47 26.10.2026
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
19:31 26.10.2026
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
19:10 26.10.2026
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
18:57 26.10.2026
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
18:40 26.10.2026
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
18:28 26.10.2026
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
18:27 26.10.2026
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
18:12 26.10.2026
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
Keçmiş icra başçısı vəfat etdi
17:49 26.10.2026
Keçmiş icra başçısı vəfat etdi
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
17:35 26.10.2026
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:32 26.10.2026
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
Çingiz Aytmatovun bacısı vəfat etdi
17:23 26.10.2026
Çingiz Aytmatovun bacısı vəfat etdi
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
17:15 26.10.2026
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
17:14 26.10.2026
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama