Daha bir taksi xəbərdarlığı

Daha bir taksi xəbərdarlığı
Bütün Xəbərlər
15:12 01.02.2012
1621
Azərbaycanın Nəqliyyat Nazirliyi mayın 1-dək Bakıda icazəsiz işləyən bütün taksiləri ləğv edəcək. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Belə qərar nazirliyin kollegiya iclasında qəbul edilib.Həsənovun sözlərinə görə, Bakıda icazəli taksilərin ümumi sayı beş min ədəd təşkil edir ki, bunun min ədədi "Baku Taxi Company" şirkətinin London Taxi TX4 markalı avtomobillərinin, 4 mini isə başqa avtomobillərin payına düşür.Qeyd edək ki, gələcəkdə Bakıda London Taxi TX4 avtomobillərinin ümumi sayının üç min ədədədək çatdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR