Daha bir "vor zakon" həbs olundu

Daha bir "vor zakon" həbs olundu
Bütün Xəbərlər
23:49 14.11.2011
3134
Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, kriminal aləmdə “Əmi” ləqəbi ilə tanınan 46 yaşlı Vidadi Məlikov qanunsuz silah saxlamaqda təqsirli bilinərək saxlanılıb. Saxlanılan zaman onun üzərindən qaz tapançası götürülüb. Bundan başqa V. Məlikovun yaşadığı evə baxış keçirən əməliyyatçılar oradan 1 ədəd “Naqan” tipli tapança aşkar edərək götürüblər.
OXŞAR XƏBƏRLƏR