Bayram Muradov və müavini vəzifələrindən AZAD EDİLDİLƏR

Bayram Muradov və müavini vəzifələrindən AZAD EDİLDİLƏR
SOSİAL
22:19 13.05.2026
461
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən məlumatına görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.

 


OXŞAR XƏBƏRLƏR