Daha iki sahibkar cəzalandırıldı

Daha iki sahibkar cəzalandırıldı
Bütün Xəbərlər
17:27 03.03.2015
1195
Nazirlik məlumat yaydı.
İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə əlaqədar növbəti reydləri keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindənAZXEBER.COM -a verilən məlumata görə, istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21 ünvanında “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR