‘Daha Təhlükəsiz Ətraf Mühit naminə Atom Elektrik Stansiyalarının Azaldılması’ adlı konfrans başa çatdı

‘Daha Təhlükəsiz Ətraf Mühit naminə Atom Elektrik Stansiyalarının Azaldılması’ adlı konfrans başa çatdı
Bütün Xəbərlər
13:35 09.04.2012
1158

Bu gün Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası (ABMTKTA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı British Council təşkilatının Fəal Vətəndaşlar Proqramı və BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə əməkdaşlıq çərçivəsində keçirilmiş 2-günlük Milli BMT Modeli konfransı başa çatıb.

AZXEBER.COM- verilən məlumata görə, tədbirin açılışı Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyasının Vitse-prezidenti Zümrüd İsmayılova; Dövlət İdarəçilik Akademiyasının Rektoru Urxan Ələkbərov; British Council Azərbaycanın Direktoru Pol Klementson; BMT-nin İctimai İnformasiya Departamentinin Rəhbəri Envera Selimoviç və Hindistan və Pakistan səfirliklərindən yüksək rütbəli qonağların iştirakı ilə Dövlət İdarəçilik Akademiyasında baş tutdu. Konfransın mövzusu “Daha Təhlükəsiz Ətraf Mühit naminə Atom Elektrik Stansiyalarının Azaldılması” olub.

BMT Modeli gənclərin effektiv danışıqlar aparmaq, qlobalizasiya və diplomatiya sahəsində biliklərini artırmaq məqsədini daşıyan Birləşmiş Millətlər Təşkilatının simulyasiya oyunudur. Standart BMT Modelində tələbələr diplomat qismində çıxış edirlər və BMT-nin simulyasiya sessiyasında iştirak edirlər. Başqa sözlə, tələbələr hər hansı bir ölkə üzrə tədqiqat aparırlar, diplomat rolunda çıxış edirlər, beynəlxalq məsələləri araşdırırlar, müzakirələr aparırlar, və sonda yekun qətnamə qəbul edərkən qlobal problemlərə həll tapmağa çalışırlar.

Bu dəfə Bakı, Sumqayıt, İsmayıllı, Gədəbəy və Azərbaycanın digər şəhər və regionlarından olan və 10-dan artıq ali məktəbi təmsil edən 25 Azərbaycanlı gənc BMT Təhlükəsizlik Şurasının simulyasiyasında iştirak ediblər. Konfrans zamanı tələbələr ABŞ, Britaniya Krallığı, Fransa, Çin, Rusiya, Azərbaycan, Hindistan, Cənubi Afrika, Kolumbiya, Mərakeş, Toqo, Almaniya, Pakistan, Qvatemala və Portuqaliya kimi ölkələri təmsil ediblər. Bütün tələbələr öncə BMT Modeli təlimlərini keçiblər. Konfrans Təhlükəsizlik Şurası qətnaməsinin qəbulu ilə və müxtəlif ali məktəblərin akademik müəllim heyətinin, diplomatik nümayəndiklərinin və mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə mədəniyyət proqramı ilə başa çatıb. Konfransın rəsmi dili İngilis dili olub.

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası 2008-ci ildə BMT-nin Azərbaycan nümayəndəliyinin bütün keçmiş və hazırkı təcrübəçilərini birləşdirən təşkilat kimi yaradılmışdır. Təşkilatın əsas məqsədləri BMT-nin missiyasına dəstək olmaq, BMT və cəmiyyət arasında körpü rolunda çıxış etmək, eləcə də yerli gənclərin BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş proqramlarında iştirak imkanı ilə təmin etməkdir.

British Council-ın “Fəal Vətəndaşlar” Proqramı bütün dünyada ictimai təşəbbüsləri dəstəkləyən, qeyri-kommersiya xarakterli proqramıdır. Proqram könüllülük və vətəndaş təşəbbüskarlığı vasitəsilə cəmiyyətdə birliyi təbliğ edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır