Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı

Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı
İDMAN
21:37 21.09.2026
183
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.
OXŞAR XƏBƏRLƏR