Son günlər "Allah varmı?" videosu ilə sosial şəbəkələrin fenomeninə çevrilən Zahir Nurəliyev AZXEBER.COM-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Zahir bəy, necə oldu ki, bu tip videolar çəkmək qərarına gəldiz?
- Mən ciddi insanam, şirkət rəhbəriyəm. Düşündüm ki, məhz bu cür videolar çəkməklə, insanları doğru yola çağırım. Xalqımızı imana səsləyim. Ancaq alınmadı, videolarım birmənalı qarşılanmadı.
- Mən ciddi insanam, şirkət rəhbəriyəm. Düşündüm ki, məhz bu cür videolar çəkməklə, insanları doğru yola çağırım. Xalqımızı imana səsləyim. Ancaq alınmadı, videolarım birmənalı qarşılanmadı.
- "Allah varmı?" videosu ilə sosial şəbəkə fenomeninə çevrildiz, hər kəs sizin videonu paylaşdı. Bunu gözləyirdinizmi?
- Bunu gözləmirdim, ancaq onu da deyim ki, o səhifələrdə hamı məni təhqir etdi, heç kim yaxşı söz yazmadı. Buna görə də çox düşündüm və qərara gəldim ki, bundan sonra video çəkməyim.
- Bunu gözləmirdim, ancaq onu da deyim ki, o səhifələrdə hamı məni təhqir etdi, heç kim yaxşı söz yazmadı. Buna görə də çox düşündüm və qərara gəldim ki, bundan sonra video çəkməyim.
- Qısa müddətdə populyarlaşdız, sizi nəyə görə təhqir edirdilər ki?
- Mən əmin oldum ki, insanlarımızda iman çox azdır, düz yoldan sapanlar çoxdur.
- Sosial şəbəkələrdə geylər, stilistlər, ekstrasentlər, translar "at oynadır". Bəlkə onlar sizə mane oldu?
- Ola bilər, mən çox yoruldum və qərara gəldim ki, daha video çəkməyim. Kim nə istəyir, etsin.
- Ancaq sizi sevənlər də var. Onlar sizin üçün darıxacaq...
- Bəli, mənə bəziləri dəstək oldu. Bəziləri isə tənqid etdi, hüquqlarımı tapdaladı. Allah onlardan razı olsun ki, bir azərbaycanlı övladını və müsəlman övladını bir istəkdən məhrum etdilər. Mən nə çəkirdimsə, ibrətamiz çəkirdim. Fikrim pul, para qazanmaq deyildi, əksinə pul xərcləyib videolar çəkirdim ki, bəzi başıboşları düzgün yola gətirim. Sizlər məni anlamadız, hamınız lağ etdiz, mərdi qova-qova namərd etdiz, hamınız sağolun. Daha mən olmayacam, videolarım olmayacaq. Məni izləməyin. Şəxsi şəkillərimi də daha paylaşmayacam.
- Deyirsiz ki, ciddi adamsız. Bəs dostlarınız, tanışlarınız bu videolara nə deyirdi?
- Onlar da mənə deyirdilər ki, çəkmə lazım deyil.
- Bundan sonra nə işlə məşğul olacaqsız?
- Dediyim kimi şirkət rəhbəriyəm. öz işlərimlə məşğul olacam.
- Video çəkilişlərə nə qədər xərciniz çıxmışdı?
- Hər videoya 100 manat pulum çıxırdı. Daha çıxmayacaq.
- Hər videoya 100 manat pulum çıxırdı. Daha çıxmayacaq.