Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir və xilasetmə işlərinə birbaşa nəzarət edir.








