Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub
SOSİAL
15:14 05.06.2020
841
Dağıstanda 6 Azərbaycan vətəndaşında COVID-19 virusuna yoluxma aşkarlanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Dərbənd Mərkəzi Şəhər Xəstəxanasından verilən məlumata görə, müvəqqəti yerləşmə məntəqəsindən gətirilən 13 Azərbaycan vətəndaşının 6-da koronavirus testi müsbət nəticə verib və həmin şəxslər xüsusi xəstəxanaya yerləşdiriliblər.

Şəhər xəstəxanasının baş həkimi Əbdülqafar Şıxməhəmmədov Azərbaycan vətəndaşlarının vətənə qayıtmaları və müalicə olunaraq sağalmaları üçün hər cür tədbirin görüldüyünü diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR