Dağıstanda məhkəmə hakimi və oğlu güllələndi

Dağıstanda məhkəmə hakimi və oğlu güllələndi
Bütün Xəbərlər
11:01 26.09.2013
648
Dağıstan Ali məhkəməsinin hakimi və oğlu qətlə yetirilib. 
ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, iki naməlum şəxs hakim Muxtar Şapiyev və oğlu Kamilə Mahaçqalada Heydər küçəsindəki beşmərtəbəli binanın girişində atəş açıb.Yaralılar xəstəxanaya çatdırılsalarda, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində 9 mm ölçüsündə gilizlər tapılıb.Faktla bağlı cinayət işi açılıb. İndi hadisəni kimin və nə üçün törətdiyi araşdırlır.
OXŞAR XƏBƏRLƏR