'Dalğa' AZXEBER.COM-u təbrik etdi

MEDİA
12:03 21.07.2012
1462

"Dalğa" Gənclər Hərəkatı Milli Mətbuat Günü münasibətilə AZXEBER.COM-u təbrik edib.

Hərəkatın sədri Xanım Yadigarlıdan gələn təbrik məktubunu olduğu kimi təqdim edirik:"Biz Dalğa Gənclər Hərəkatı olaraq Milli Mətbuat günü münasibəti ilə sizi təbrik edirik.Fəaliyyətimizə verdiyiniz obyektiv və operativ dəstəyə görə hər birinizə minnətdarıq. Sizlərə maraqlı materiallar və çoxsaylı oxucu auditoriyası arzu edirik! Medianın 4-cü hakimiyyət olduğunu nəzərə alaraq, sizlərin gücünə inanır və işlərinizdə bol-bol uğurlar arzulayırıq. Hərəkat olaraq biz azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması və sosial vəziyyətin yaxşılaşdırılmasının tərəfdarıyıq"

AZXEBER.COM portalı olaraq diqqətə görə "Dalğa"çılara təşəkkür edirik. 

OXŞAR XƏBƏRLƏR