'Dalğa'dan İrana qeyri-adi etiraz

Bütün Xəbərlər
17:11 12.07.2012
1456
"Dalğaçılar" özlərini İranın Azərbaycandakı səfirliyi qarşısında özlərini asdılar.AZXEBER.COM-un verdiyi xəbərə görə aksiyada 15-dən çox hərəkat üzvü iştirak edib. Aksiyanı keçirməkdə məqsəd aprelin 29-da Təbrizdə Güney Azərbaycan Yazarlar Ocağının təşkil etdiyi poeziya festivalında iştirak etmək üçün İrana dəvət olunan və mayın 2-də həbs olunan iki həmyerlimizin – gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsini qəti şəkildə pisləmək və onlar haqqında hər hansı rəsmi ittiham olmadığı təqdirdə qeyri-şərtsiz olaraq azadlığa buraxılmaları istiqamətində İran hökümətinin müvafiq addımlar atmasını tələb etmək olub.Gənclər "Şair molladan yaxşıdır" "Şər atmaq imandan gəlir" "Şairləri asana söyüş var!!!" şüarları ilə öz etirazlarını aidiyyatı qurumlara ünvanlayıblar.Fləsh-mob xarakterli keçən aksiyada "Dalğaçılar" mollanın oxuduğu fətfadan sonra özlərini səfirlik qarşısında "asıblar".
OXŞAR XƏBƏRLƏR