'Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəflə işləmək niyyətinə sadiqik'

SİYASƏT
10:59 27.04.2013
1160
“Azərbaycan və Ermənistan arasında baş verən müharibədə insanların faciəli şəkildə həyatlarını itirməsi bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bir daha xatırladır”.Bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müaviniPatrik Ventrellkeçirdiyi brifinqdə bildirib.

“Yalnız qalıcı və sülh yolu ilə həll bölgəyə sabitlik, firavanlıq və barışıq gətirə bilər. Siz Amerika Birləşmiş Ştatlarının Minsk qrupunun həmsədri olduğunu bilirsiniz və biz davamlı sülhə nail olmaq üçün hər iki tərəflə işləmək niyyətinə sadiq qalırıq”.O qeyd edib ki, münaqişənin yalnız davamlı sülh yolu ilə nizamlanması regiona stabillik, çiçəklənmə və barış gətirə bilər.//APA

OXŞAR XƏBƏRLƏR