Dağlıq Qarabağla bağlı petisiyaya səs vermək istəyənlər bu xəbəri oxusun

Dağlıq Qarabağla bağlı petisiyaya səs vermək istəyənlər bu xəbəri oxusun
Bütün Xəbərlər
12:40 14.02.2013
1821

Dağlıq Qarabağ münaqişəsi və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya səs vermək qaydaları və şərtləri haqqında məlumat

Məlum olduğu kimi yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilmişdir.

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyanın əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100,000 imza toplamaq lazımdır. Petisiyada deyilir: “Dağlıq Qarabağ münaqişəsi 20-ci əsrin tarixində ən dəhşətli faciələrdən birinə çevrilmişdir və milyonlarla Azərbaycanlının taleyinə mənfi təsir göstərmişdir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ və onun 7 ətraf qəsəbəsi işğal edilmiş və 1 milyona yaxın Azərbaycanlı öz doğma torpağından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurası ermənilərin bu torpaqları tərk etməsinə dair 4 qətnamə qəbul etmiş, lakin, bu qətnamələrin heç birinə Ermənistan əməl etməmişdir. ABŞ Minsk Qrupunun həmsədridir və ABŞ bu münaqişənin həll edilməsində aktiv rol oynamalıdır”.

Kampaniyada iştirak şərtləri:

"Biz Xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən öncə, "İştirak Şərtlərini" oxumaq, qəbul olunmuş qayda və təlimatlara riayət etməyə əmin olmaq lazımdır. "Biz Xalqıq" (We the People) kampaniyası Ağ Evlə əlaqə vasitələrinə məhdudiyyət qoymur, poçt və elektron poçt imkanlarını da istisna etmir.

1. İlk öncə www.whitehouse.gov ünvanına daxil olmaq, səhifədə yer alan “We the people” bölməsində “Dağlıq Qarabağ münaqişəsi” ilə əlaqədar 23 yanvar 2013-cü il tarixində yaradılmış petisiyanı tapmaq lazımdır ( “pay close attention on The Nagorno-Karabakh conflict, 20% of Azerbaijani territory was occupied by Armenian military ”).

https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt

Qeyd: Mövcud petisiyanı imzalamaq üçün e-mail ünvanından istifadə edərək səhifədə yeni hesab yaratmaq tələb edilir.

2. Səhifədə göstərilən"Hesab yarat" (Create an account)bölməsinə daxil olmaq;

3. Bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır;

Qeyd:Bölmədə göztərilən “zip” xanasını boş qoymaq da mümkündür.

4. Qeydiyyat başa çatdıqdan sonra Ağ evin rəsmi saytından istifadəçinin e-mail ünvanına təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır.

5. Həmin şifrəni “Sign in” bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır.

Qeyd: e-mail ünvanına gələn məktubun daxilində olan linkə keçid verərək daxil olmaq da mümkündür.

6. “Log in” düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir.

7. Şəxsi hesabınızda göstərilən"SİGN THİS PETİTİON" (Bu ərizəni imzala)düyməsini sıxaraq petisiyanı imzalamaq mümkünüdür.

Qeyd edək ki, hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan kompüterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.

23 yanvar 2013-cü ildən etibarən ərizə üçün səsvermələr açıq elan olunmuş və elektron imzaların sayı artıq 70000-i keçmişdir. Son üç günün statistik göstəricilərinə nəzər salsaq görərik ki, 10 fevralda- 6013 imza, 11 fevralda– 10470 imza, 12 fevralda – 10591 imza, toplanmışdır. Bu günə olan məlumata görə hal-hazırda imzaların ümumi sayı 70400-dür.

OXŞAR XƏBƏRLƏR