Damla danışdı: "O qədər şanslı qadın deyiləm ki, kimsə mənə var-dövlət hədiyyə etsin"

Damla danışdı: "O qədər şanslı qadın deyiləm ki, kimsə mənə var-dövlət hədiyyə etsin"
MAQAZİN
18:44 29.09.2017
15717
Müğənni Damla haqqında gəzən xəbərlərlə bağlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni evli kişidən hamilə olduğu xəbərini təkzib edib.
 
O bu tip xəbərləri həmkarlarının yazdırdığını iddia edib: "Yazmağa söz də tapmıram. Bu iyrənc məlumatları yazmağa nə qədər qanorarlar alırsız? Lazımsız yerlərə tökdüyünüz pulları niyə gedib özünüzə mahnı alıb aranjman etmirsiz? Hansı evli kişidən, hansı evlilikdən söhbət açırsız. Mən müsahibələrimdə hər dəfə vurğulamışam ki, rəsmi nigah olmadan heç bir şeydən söhbət gedə bilməz. Mən nə zaman evləndim? 
 
Müğənni ana olacağı gün qurban kəsəcəyini deyib: "Uşaq şəkillərinə gəldikdə mən 4 ildir ki, sosial şəbəkədə uşaq şəkilləri paylaşıram. Nə zaman ana olsam qurban kəsəcəm. Nə bilirsiz bəlkə mənim heç vaxt uşağım olmayacaq deyə mən bu ağrını yaşayıram. Həsrətlə Allahdan möcüzə gözləyirəm. Hansı "Porsche"dən danışırsız? O qədər aciz qadınam ki, kiminsə mülkündə gözüm olsun? Mənə heç kim heç nə almayıb. O qədər şanslı qadın deyiləm ki, kimsə mənə var-dövlət bağışlasın. Hər şeyi özüm almışam. Buna Allahım da şahiddir".
 
Qeyd edək ki, müğənninin sevgilisi ilə ayrılması və bu səbəbdən ona hədiyyə olunan "Porsche"nin geri alınması xəbəri yayımanmışdı. Bu gün isə Damlanın hamilə olması ilə bağlı xəbər tirajlanıb. 
OXŞAR XƏBƏRLƏR