Danimarkada şagirdlərin süni intellektlə yazılan ev tapşırıqlarına qarşı SƏRT QAYDALAR

Danimarkada şagirdlərin süni intellektlə yazılan ev tapşırıqlarına qarşı SƏRT QAYDALAR
SOSİAL
02:29 08.08.2026
925
Danimarkada yeni tədris ilinin başlanması ilə orta məktəblərin yuxarı siniflərində süni intellektdən istifadə etməklə köçürmənin qarşısını almağa yönəlmiş yeni qaydalar qüvvəyə minəcək.

AZXEBER.COM "Euronews" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Maqnus Heynike məlumat verib.

Nazirin sözlərinə görə, məktəblərdə generativ süni intellekt alətlərindən istifadə etməklə ev tapşırıqlarının və yazılı işlərin hazırlanması halları artıb və bu vəziyyət təcili tədbirlərin görülməsini zəruri edir.

Yeni qaydalara əsasən, evdə hazırlanan bütün yazılı işlərin məcburi şifahi müdafiəsi təşkil olunacaq. Bu tələb hər il orta məktəblərdə təxminən 9 min şagirdin verdiyi əsas yazılı imtahan olan SSO-ya da şamil ediləcək.

Bundan əlavə, yazılı imtahanlar zamanı məktəblərdə ekran monitorinqi sistemləri tətbiq olunacaq. Təhsil müəssisələri, həmçinin dərs və imtahan prosesində internet məzmununu süzgəcdən keçirmək üçün xüsusi proqram təminatından istifadə etməli olacaqlar.

Təhsil Nazirliyi daha çox yazılı tapşırığın birbaşa məktəbdə, müəllim nəzarəti altında yerinə yetirilməsini də tövsiyə edir. Qurum hesab edir ki, bu yanaşma şagirdlərin iş prosesini daha yaxından izləməyə, vaxtında rəy bildirməyə və qiymətləndirmənin obyektivliyini artırmağa imkan yaradacaq.

Maqnus Heynike bildirib ki, məktəblər, müəllimlər və şagirdlərlə qısamüddətli və uzunmüddətli tədbirlərlə bağlı müzakirələr aparılacaq:

"Süni intellektin şagirdlərin bacarıqlarına, akademik potensialına və ən əsası, müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərməsinin qarşısını almaq üçün birgə həll yolları tapmalıyıq".

Qeyd edək ki, Norveç ibtidai sinif şagirdlərinin süni intellekt alətlərindən istifadəsinə demək olar ki, tam qadağa tətbiq etməyi, daha böyük yaş qruplarında isə bu texnologiyalardan istifadəni məhdudlaşdırmağı planlaşdırır. İsveçdə 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan olunması ilə bağlı təkliflər irəli sürülüb. Böyük Britaniyada isə 16 yaşadək şəxslərin sosial şəbəkələrə çıxışına məhdudiyyətlərin tətbiqi müzakirə edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO