Daşkəsən sakini həmyerlisini ov tüfəngi ilə vurdu

Daşkəsən sakini həmyerlisini ov tüfəngi ilə vurdu
KRİMİNAL
12:51 03.01.2014
1954
Azərbaycanda silahlı insident baş verib.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 31-də Daşkəsən rayonu Çanaxçı kəndinin ərazisində kənd sakini Şahbaz Həsənov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Eyvaz Vəliyevə qolundan xəsarət yetirib.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.Həsənovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR