"Davada 8 erməni, 1 azərbaycanlı xəstəxanaya düşüb"

Bütün Xəbərlər
07:37 26.04.2011
1822

Bunu ANS-ə açıqlamasında Ümumrusiya Azərbaycanlılar Konqresinin Tver regional bölməsinin rəhbəri Sərdar Abdullayev Rusiyanın Tver vilayətində dünən saat 17.00 radələrində ermənilərlə azərbaycanlılar arasında baş vermiş toqquşmaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırmalar aparılır: “Yaralananlar olub, ölən yoxdur. Ermənilərdən 7-8 nəfər, bizdən isə 1 nəfər xəstəxanaya düşüb”.

Qeyd edək ki, Rusiyanın Tver vilayətində ötən gün saat 17 radələrində ermənilərlə azərbaycanlılar arasında toqquşma baş verib. Rusiyanın informasiya vasitələrinin məlumatına görə, münaqişədə 100-ə yaxın adam iştirak edib. Hüquq-mühafizə orqanları hadisənin kriminal xarakterli olmadığını, millətlərarası zəmində baş verdiyini bildirib. Şahidlərin sözlərinə görə, tərəflər travmatik silahlardan, bıçaq və daşlardan istifadə edib. Münaqişə zamanı avtomat silahdan atəş açıldığı da deyilir. İnsident zamanı xəsarət alanlar olub. Rusiya polisi 23 nəfəri saxlayıb.

OXŞAR XƏBƏRLƏR