"Davam" Gənclər Hərəkatına yeni baş katib təyin olundu

GƏNCLİK
18:45 13.01.2021
986
"Davam” Gənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Nigar Aslanova hərəkatın katibliyinə rəhbər – baş katib təyin edilib və katibliyin formalaşdırılması işi ona həvalə edilib.

AZXEBER.COM bildirir ki, Nigar Aslanova 19 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə, ali təhsilini isə 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində ingilis dili filologiyası ixtisası üzrə alıb. 

N.Aslanova ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq başlayıb. Universitet illərində "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun artırılması” Beynəlxalq Forumu, IV Dünya Gənclərinin Məşğulluq Sammiti və Azərbaycan Qılıncoynatma Federasiyasının ev sahibliyi etdiyi yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında könüllü korpusuna rəhbərlik edib. 

Avropa Parlamentində təmsil olunan bütün siyasi partiya qruplarının katibliklərinin iştirak etdiyi Avropa Parlamenti Əhali və İnkişaf Forumunda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi olub. 2012-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2015-2019-cu illərdə YAP Nəsimi rayon Gənclər Birliyinin sədr müavini olub. 10 oktyabr 2013-cü il Prezident seçkiləri, 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci il Milli Məclisə seçkilər, 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsi və 9 fevral 2020-ci il Milli Məclisə seçkilər prosesində beynəlxalq müşahidəçilərin müşahidə missiyasının təşkilində aktiv rol alıb.

2017-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2018-2019-cu il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il noyabr-dekabr aylarında "Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsində direktor vəzifəsini müvəqqəti icra edib.

N. Aslanova Türkiyə, Rusiya, Misir, İtaliya, Macarıstan, Hindistan, Moldova, Rumıniya və Malta kimi dünyanın müxtəlif ölkələrində sosial layihələrdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir