"Davam" şəhidlərlə bağlı sosial media kampaniyası başlatdı

GƏNCLİK
15:17 04.02.2021
866
"Davam" Gənclər Hərəkatı #ŞəhidimİZ heşteqi ilə sosial media kampaniyası başladıb.
 
AZXEBER.COM xəbər verir ki, 2-3 fevral tarixlərində "Davam" Gənclər Hərəkatı tərəfindən "Twitter" sosial şəbəkəsi üzərində həyata keçirilən kampaniya çərçivəsində 150-dən çox gəncin iştirakı ilə 10000-ə yaxın paylaşım edilib.
 
#ŞəhidimİZ heşteqi ilə edilən bu paylaşımlarda şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında məlumatlar qeyd olunub. İlin ən qürur duyulası gənclərini - şəhidlərimizi tanımaq və tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bütöv #VətənimİZ naminə həyatlarını yarım qoyan hər bir #ŞəhidimİZ bizim üçün əziz, müqəddəsdir.
 
Kampaniyanın əsas məqsədi də Vətən uğrunda canlarını qurban verərək əbədiləşən şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaqdır. 

OXŞAR XƏBƏRLƏR