"Davam" və ANİİA birgə "Gənc sahibkarlar" klubu yaradır - FOTOLAR

GƏNCLİK
17:44 18.06.2021
1314
 
18 iyun tarixində Bakı Dayaq Mərkəzində "Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı ilə media-brifinq keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, brifinqdə "Davam”ın sədri Nihad Allahyarlı, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri Fərhad Qaraşov, media nümayəndələri iştirak edib.
 
Brifinqin keçirilməsində məqsəd "Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında imzalanan əməkdaşlıq haqqında niyyət sazişini ölkə ictimaiyyətinə təqdim etmək olub.
 
Çıxış edən Nihad Allahyarlı qonaqları salamlayaraq tərəflər arasında qurulan əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edib. O, "Davam” Gənclər Hərəkatının sahibkarlığa marağı olan üzvləri üçün bu əməkdaşlıq münasibətlərinin qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin qurulan hər bir əməkdaşlığın davamçı gənclərə əməli şəkildə yeni imkan və perspektivlər açdığını vurğulayıb.
 
Öz növbəsində çıxış edən Fərhad Qaraşov ANİİA haqqında ətraflı məlumat verərək əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, təkcə Assosiasiya üzrə deyil, eləcə də KOBİA olaraq hərəkat tərəfindən verilən təkliflər dəyərləndirilib dəstəklənəcək və lazımi diqqət göstəriləcək.
 
Sonra isə tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair niyyət sazişi imzalanıb. Sazişə əsasən qarşıda duran məsələlərdə narçılığın təşviqi, narın Azərbaycan məhsulu olmasının dünya ictimaiyyətinə çatdırılması və mənfur düşmənin narla bağlı yaratmaq istədiyi yanlış düşüncələrin aradan qaldırılması istiqamətində müxtəlif addımların atılması planlaşdırılır. Eləcə də hər iki tərəf üçün gənc sahibkarların inkişafına töhfə vermək məqsədilə hərəkat nəzdində "Gənc sahibkarlar” klubunun yaradılması və bu klubun fəaliyyətinin tənzimlənməsi üçün Assosiasiya ilə davamlı işin aparılması prioritet hədəf kimi qarşıya qoyulub.
 
Brifinqin gedişatında sual-cavab sessiyası baş tutub, tərəflər və jurnalistlər arasında fikir mübadiləsi aparılıb.
 
Sonda Assosiasiyanın sədri Fərhad Qaraşov ANİİA adından olan xüsusi hədiyyəni "Davam” Gənclər Hərəkatına təqdim edib. Hərəkatın sədri Nihad Allahyarlı Fərhad Qaraşovu ofis və katibliklə tanış edib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir