Davudoğlu: "İnşallah, başqa variantlara ehtiyac qalmadan nəticə əldə edərik"

Davudoğlu: "İnşallah, başqa variantlara ehtiyac qalmadan nəticə əldə edərik"
Bütün Xəbərlər
12:01 09.02.2012
1468

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Xarici işlər naziri Əhməd Davudoğlu Amerikaya yola düşmədən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Nazir səfərinin yalnız Suriya ilə bağlı olmadığını, bütün qlobal və regional məsələləri müzakirə edəcəklərini söyləyib.

Davudoğlu baş nazir Ərdoğanın Suriya ilə bağlı yeni təşəbbüs başladılacağına dair sözlərinə da aydınlıq gətirib: "Bizim narahatlıqlarımız aradan qaldırılmırsa, Suriyada axan qanı dayandırmaq üçün ən yumşaq qərar belə bəzi ölkələrin mənafeləri ucbatından qəbul edilmirsə, o zaman bu ehtiyac yaranır. Bu zəmini yaratmaq üçün səylərimizi davam etdirəcəyik. Əsas məsələ qanın dayandırılmasıdır. Bu, gözümüzü yumub rahat baxacağımız bir vəziyyət deyil".

Davudoğlu "Türkiyənin yeganə prinsipi Suriyada axan qanın dayandırılması üçün keçiriləcək toplantının, qəbul ediləcək qərarların bölgədə olmasıdır" deyib və ankaranın əsas prioritetinin diplomatiya olduğunu vurğulayıb: "Prinsipial şəkildə xarici müdaxilənin əleyhinəyik. Bunu da vurğulamaq istəyirəm, televiziyadan izlədiyimiz qadınların, uşaqların haqlarını qorumaq da bizim vəzifəmizdir. Diplomatiyadan istifadəyə davam edəcəyik.24 saat çalışacağıq. İnşallah, başqa varianta ehtiyac qalmadan nəticə əldə edərik".

OXŞAR XƏBƏRLƏR