Daxili İşlər Nazirliyi qadın satan saytla bağlı araşdırmaya başladı

Daxili İşlər Nazirliyi qadın satan saytla bağlı araşdırmaya başladı
Bütün Xəbərlər
15:03 11.03.2015
1685
DİN münasibət bildirib.
Daxili İşlər Nazirliyi bakuescortgirls.com internetdə qadın alveri ilə məşğul olan və müştərilərə lüks eskort xidmətlər təklif edən saytla bağlı yayılan xəbərə münasibət bildirib.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Oxu.Az-a bildirib ki, qadın alveri ilə məşğul olan saytla bağlı nazirlik araşdırma aparacaq.
Qeyd edək ki, bakuescortgirls.com beynəlxalq domenində yerləşən sayt Azərbaycan vətəndaşlarına eskort qadın xidmətləri təklif edir. Saytda müştərilərə yüksək təhsilli gənc qızların pul qarşılığında eskort xidmətləri sadalanır.
İnternetdə apardığımız axtarış nəticəsində məlum oldu ki, bu sayt Kristina Novikova adlı şəxs tərəfindən yaradılıb, saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsində yerləşir.
Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilmişdi. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər “aşağı yeri yoxdur”.
OXŞAR XƏBƏRLƏR