Day.Az Media Şirkətinin direktor müavini: "Bütün internet media qurumları bir araya gəlməlidirlər"

Day.Az Media Şirkətinin direktor müavini: "Bütün internet media qurumları bir araya gəlməlidirlər"
MEDİA
13:11 22.09.2011
2590
Day.Az Media Şirkətinin direktor müavini Sevda İlhamqızı Modern.az saytına açıqlamasında ölkədə fəaliyyət göstərən bütün ciddi internet media quruluşlarının bir araya gəlməsinin vacibliyindən danışıb.
- Son dövrlərdə medianın öz biznesini qurması, reklam bazarını genişləndirməsi məsələləri haqda çox danışılır. Bu mövzu niyə aktuallaşıb?
- Çünki artıq medianın pul qazanmaq vaxtıdır. İnternet mediası bu gün malik olduğundan qat-qat artıq gəlirlər əldə edə bilər. Bizim şirkətin də qarşısında dayanan əsas məqsədlərdən biri internetə reklam axınını gətirməkdir.
İnternet sektorunda olan bütün media qurumları bu ortaq maraqları naminə bir araya gəlməlidirlər. İnformasiya agentlikləri, xəbər saytları, portallar, qəzetlərin internet səhifəsi bu sektorun inkişafı üçün birgə fəaliyyət göstərə bilərlər. Onlardan birinin inkişafı digərinin inkişafından keçir, çünki hamısını ortaq bir məkan birləşdirir.
Day.Az Media Şirkətinin internet resurslarının istifadəçiləri günü-gündən artır. Bu resurslar üzərində böyük komanda çalışır, həm Azərbaycanda, həm xarici ölkələrdə olan peşəkar proqramçılar, marketoloqlar, reklam menecerləri və s. mütəxəssislər işləyirlər. 
Qarşıdakı yeni layihələrimizlə saytlarımızın reytinq göstəricisinin daha çox artacağı proqnozlaşdırılır. Lakin biz eyni zamanda başa düşürük ki, hər bir saytın ayrılıqda inkişafı ilə internetə reklam axını gəlməyəcək. Biz bütün saytların inkişafında maraqlıyıq. Çünki internet sektorunun səviyyəsi yüksəlməyincə hər hansı bir sayt, inet-holdinq, internet mediası qazana bilməz. Odur ki, Aznetin inkişafı fəaliyyətimizin prioritet istiqamətidir.
Bu, həm də biznesdir, biz bu sahəyə sərmayə yatırırıq və onun bəhrəsini də görməliyik. Əgər internet sektorunu yüksəltməsək, təbii ki, qazanc götürməkdən söhbət gedə bilməz və qoyulan sərmayələr də havaya sovrular.
- İnternet sektorunda reklamı artırmaq üçün necə bir iş qurulmalıdır?
- İnternetin imkanları barədə bütün reklamvericilərə düzgün təqdimat verilməlidir. Yeri gəlmişkən, Day.Az Media Şirkəti yaxın aylarda "İnternet mediasının və onun reklam bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans keçirəcək.
Həm reklamverici şirkətlərin, həm də media orqanlarının reklam menecerləri üçün nəzərdə tutulan bu konfransa Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və başqa ölkələrdən mütəxəssislər dəvət olunublar. Onlar öz təcrübələrini bizimlə bölüşəcəklər və internetə reklam cəlb etməyin, uğurlu reklam siyasəti qurmağın yolları barədə danışacaqlar.
Biz həm də düşünürük ki, reklamvericilərlə sıx əməkdaşlıq qurmaq üçün onlara internet resurslarının obyektiv reytinq göstəriciləri təqdim olunmalıdır. Bu göstəricilər şəffaf olmasa, şirkətləri inet-medianın reklam bazarında saxlamaq çətin olacaq. Yəni hesab edirəm ki, obyektivliyi, şəffaflığı saxlamaqla reklam qazanmaq daha doğru yoldur. Bütün internet saytlarının ən dürüst, vahid sayğac sisteminə qoşulması bu obyektivliyi təmin edə bilər. Elə bir sistem ki, bütün kənar müdaxilələri, manipulyasiyaları aşkar etsin və uzaqlaşdırsın. Obyektiv reytinqə hamı qoşularsa, bu zaman media üçün də, reklamvericilər üçün də aydın təsəvvür yaranacaq və bundan hamı qazanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
21:23 12.03.2025
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
21:19 12.03.2025
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
Bakıda sürücünü yolda döyənlər həbs edildi
21:04 12.03.2025
Bakıda sürücünü yolda döyənlər həbs edildi