BAKU AZƏRBAYCAN
7°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü

Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü
DÜNYA
13:27 18.02.2020
6436
Dayə 3 yaşlı qızı "DVD player"i aşırdığına görə bıçaqlayıb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Tamara Kazantseva adlı qadın 3 yaşlı Zlata adlı qızı bıçaqlayaraq öldürüb.

34 yaşlı qadın hakim qarşısında ifadə verərkən cinayət törətdiyini etiraf edib. O, qızı bıçaqlayarkən sərxoş halda olduğunu boynuna alıb.

Dəhşətli hadisə Qazaxstanın Vesovaya vilayətində baş verib.

Məhkəmədə bildirilib ki, uşağın valideynləri Zlatanı ona tapşıraraq işə gediblər. Bu zaman Tamara 43 yaşlı sevgilisini evə çağırıb və birlikdə spirtli içki qəbul ediblər.

Yataq otağında yuxuya gedən cütlük səsə ayılıb. Qadın qonaq otağına keçdikdə qızın "DVD player"i aşırdığını görüb. O, mətbəx bıçağı ilə körpə qızı 10 yerindən bıçaqlayıb. Dayənin sevgilisi otağa girdikdə dəhşətə gəlib və polis çağırıb.

Məhkəmə Tamara Kazantsevanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR