Yaponiya hökuməti şiddətli yağışlar və tayfun səbəbindən 13 prefekturadan - Kyusyu və Okinavadan Kinki regionuna qədər 2,23 milyon sakini təxliyə edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "TBS News" Yaponiyanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən məlumat yayıb.
Tayfunun və yağış mövsümünün təsiri nəticəsində Yaponiyanın qərbində şiddətli yağışlar müşahidə olunur. Kaqoşima prefekturasında üç nəfərin xəsarət aldığı bildirilib. Fukuoka və Kaqoşima prefekturalarında 25 binanı su basıb.
NHK telekanalının məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Tyuqoku və şimali Kyusyunun bəzi ərazilərində 4-cü səviyyəli torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq elan edilib.
Yaponiya Meteorologiya Agentliyi qərb və şərq regionlarında şiddətli yağışlar səbəbindən tayfunun Sakit okean tərəfdən ölkəyə yaxınlaşması mümkünlüyü ilə bağlı xəbərdarlıq edib.
\\"Report"











































