Dayı bacısı qızının evindən qızıl oğurladı

Dayı bacısı qızının evindən qızıl oğurladı
SOSİAL
22:13 14.07.2026
767
Qonaq getdiyi bacısı qızının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs azadlıqdan məhrum edilib.

AZXEBER.COM "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində baxılan cinayət işinin materiallarından məlum olub ki, təqsirləndirilən İ.R. 2025-ci ildə ailəsi ilə birlikdə bacısı qızının Xırdalan şəhərində yerləşən mənzilinə qonaq gedib. Evdə nasosu təmir etdikdən sonra otaqları gəzən şəxs yeni quraşdırılmış dolaba baxmaq bəhanəsi ilə yataq otağına daxil olub.

Dolabın üst rəfindəki qızıl qutusunu açaraq içərisində olan, ümumi dəyəri 2 027 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla götürüb. İş materiallarına görə, oğurlanan əşyalar arasında kişi nişan üzüyü, iki qadın üzüyü, qadın qolbağı və kişi qolbağı olub.

Məhkəmədə verdiyi ifadəsində İ.R. borcları olduğuna görə oğurluq etdiyini etiraf edib.

O bildirib ki, qızıl-zinət əşyalarının bir hissəsini Xırdalandakı lombarda girov qoyaraq pul alıb, digər hissəsini isə sataraq əldə etdiyi vəsaiti borclarının ödənilməsinə sərf edib.

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. O, həmçinin həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, övladının isə daimi müalicəyə ehtiyacı olduğunu deyərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edib.

Məhkəmənin hökmü ilə İ.R. Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkəməyədək həbsdə saxlanıldığı iki gün cəza müddətindən çıxılıb və onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO