“Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb”.
Bakıda qardaş bacısını boğaraq qətlə yetirib.
AZXEBER.COM-un APA TV-yə istinadən xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutub. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib: “Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb”.
Xəzər rayon Prokurorluğundan hadisənin məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədimova qeyri-rəsmi yaşadığı şəxsdən ayrıldıqdan sonra qardaşının evinə köçüb. Aralarında mübahisə düşən qardaş bacını boğaraq qətlə yetirib. Hadisəni törədən T. Qədimov könüllü olaraq polisə təslim olub.