“Dedi ki, Muradı möhkəm döyün, zərbələr ona yox, cinə dəyir”

“Dedi ki, Muradı möhkəm döyün, zərbələr ona yox, cinə dəyir”
SOSİAL
17:47 22.10.2019
7563
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 26 yaşlı Murad Soltanovu cin çıxarmaq adı ilə döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam edir. Onlar özlərini təqsirli bilməyərək ifadə verməkdən imtina ediblər. Məhkəmənin baxış mərhələsində olduğu dövrdə onların istintaqa verdiyi ifadələr məlum olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, onların başçısı sayılan Füzuli Qəribov ifadəsində deyib ki, Şabran rayonuna səfər edən turistlərə tərcüməçilik etmək və psixi xəstəliyi olan şəxsləri Quran oxuyaraq müalicə etməklə ailəsini dolandırır:

"Müalicə üsulum belədir ki, xəstələrin alnına əlimin içini qoyaraq Quran oxuyuram. Heç vaxt xəstələri müalicə etmək məqsədi ilə hər hansı əşya ilə vurmamışam. 2018-ci ilin avqust ayında tanışım Elnur ögey oğlu Muradın psixi xəstəliyi olduğunu və Quran oxumaqla müalicə etdirmək istədiyini dedi. Mən onunla razılaşdım, Bakıya gəlib Muradla görüşdüm. Onun müalicə etmək üçün Şabrana aparmağın vacib olduğunu dedim. Sentyabr ayında Murad atası Şahinlə Şabrana gəlib ev kirayələdilər. Müalicə vaxtı mən 5 dəfə Murada Quran oxudum, bir dəfə isə atası Şahin onu pol taxtası ilə vurdu. Bundan başqa Muradı heç kim vurmayıb. Mənim 10 günlük müalicəm nəticəsində Muradın vəziyyəti yaxşılaşdı, o, atası ilə Bakıya qayıtdı. Oktyabrın axırında Şahin yenidən Muradı Şabrana gətirib vəziyyətinin pisləşdiyini, müalicəni davam etdirməyimizi xahiş etdi. Noyabrın əvvəlində Vüsal İbrahimovun evində ilk seansı keçirdik, Cəmillə Əfqan da ordaydı. Mən Quran oxuyarkən həm özüm, həm də Cəmillə Əfqan onun qarın və bud nahiyələrinə nar çubuğu ilə zərbə vururdular. Sonrakı günlərdə ancaq Quran oxudum. Noyabrın 7-də Vüsalın evində görüşüb birlikdə yemək yedik. Onlara dedim ki, noyabrın 9-na planlaşdırdığımız "ruqiyyə”də mən olmayacağam. Əvəzimdə Vüsalın Quran oxuyacağını, digərlərinin isə Muradın əl-qolunu bağlayıb nar çubuğu ilə daha möhkəm vurmalarını tapşırdım. Həmin vaxt Murad da, atası da, Cəmil, Əfqan, Elnur və dostu Emin də ordaydı. Ona görə möhkəm vurmalarını tapşırdım ki, ondan əvvəl atası Şahin "uşaq vurulmasa düzəlmir, bunu daha möhkəm vurun, əti sizin, sümüyü mənim” demişdi. Noyabrın 9-da mən evimdə olanda zəng edib Muradın vəziyyətinin pis olduğunu dedilər, mən də Şahinə zəng edib bunu dedim, özüm də Vüsalgilə getdim. Mən ora çatanda dedilər Murad özündə deyil və "qaytarıb”. Mən təcili yardım çağırdım, amma Muradın dili qatlandı və keçindi”. 

Cin çıxarmaq əməliyyatının evində keçirildiyi Vüsal İbrahimov da hər şeyi etiraf edib: "Füzuli ilk "ruqiyyə”də Murada döşəmədə arxası üstdə uzanmağı tapşırdı, özü isə Quran oxuyub çubuqla onun qarnına vururdu. Mən yox, amma Cəmillə Əfqan da Muradı vururdular. "Ruqiyyə” başa çatandan sonra Murad özü ayağa durub özünü yaxşı hiss etdiyini dedi və atalığı Elnurla çıxıb getdi. Noyabrın 9-dakı "ruqiyyə”də Füzuli yemək bişirmək adı ilə öz evinə getdi. Füzuli getməmişdən əvvəl "bu dəfə Muradı möhkəm çubuqlayıb, onsuz da həmin zərbələr Murada yox, cinə dəyir” dedi. Füzuli demişdi ki, mən Quran oxuyum, Aprel və Sahib Muradın əl-ayağını tutsun, Cəmillə Əfqan isə nar çubuğu ilə döysün. Mən 15 dəqiqə Quran oxuyandan sonra Muradı bərk döydüklərindən özümü pis hiss elədim və Quranı başa çatdıra bilmədim. Muradın özünü pis hiss etdiyini görüb həyətə çıxardıq, sonra eşitdim ki, Murad ölüb”.

Cəmil Qayıbov isə mərhum Muradın onlara necə yalvardığını danışıb: "Noyabrın 9-da "ruqiyyə”də Murada yerdə uzanmağı təklif etdik, o isə otursa da, müxtəlif bəhanələr gətirərək uzanmaq istəmirdi. Mən Muradın qolundan tutub narahat olmamasını, ona kömək edəcəyimizi dedim. Bundan sonra Murad özü könüllü uzandı, Vüsal onun başı üstündə durub Quran oxuyurdu, mənlə Aprel çabalamasın deyə Muradın əllərindən, Emin və Sahib isə ayaqlarından tutmuşduq, Əfqan da çubuqla vururdu. Murad tez-tez "dayanın, durum su içim, ayaqyoluna gedim” deyirdi, bu proses 15 dəqiqə çəkdi, sonra Əfqan əlavə çubuq lazım olduğunu deyib həyətə getdi. O nar ağacından iki çubuq qırıb geri qayıtdı. Çubuğun birini bizə verdi, əvvəl Emin, sonra da məbn Muradın ayaqlarına çubuqla vurmağa başladıq. Muradın bədənindən cini çıxarmağımçız 2 saat çəkdi. Sonra Şahin gəlib Muradı apardı, səhəri gün Muradın rəhmətə getdiyini eşitdim”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
14:29 26.10.2026
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
Havalar niyə gah isti, gah da yağışlı keçir? - Ekoloqdan açıqlama
14:26 26.10.2026
Havalar niyə gah isti, gah da yağışlı keçir? - Ekoloqdan açıqlama
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib - FOTOLAR
14:08 26.10.2026
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib - FOTOLAR
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTOLAR
14:04 26.10.2026
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTOLAR
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
13:52 26.10.2026
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
13:46 26.10.2026
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
13:44 26.10.2026
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA
13:43 26.10.2026
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
13:37 26.10.2026
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
13:32 26.10.2026
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
13:27 26.10.2026
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
12:59 26.10.2026
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
12:50 26.10.2026
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR