1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yanğın zamanı 5 yaşlı qız uşağı yanaraq dünyasını dəyişib.
“Hazırda xəstəxanaya 12 nəfər gətirilib. Onlardan biri 5 yaşlı qız uşağıdır. O yanaraq dünyasını dəyişib, şəxsiyyəti məlum deyil. Valideynlərinin hadisədən xəbərləri yoxdur. Digər şəxslərə isə tibbi yardım göstərilir. Xəstəxanaya 5 yaşlı oğlan uşağı da gətirilib. O, da yanıq xəsarətləri alıb. Amma vəziyyəti ağırdır. Həmin uşağın da şəxsiyyəti məlum deyil”. (azvision.az)