Suraxanı rayonunda 1956-cı il təvəllüdlü qadın 26 yaşlı gənc tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib
Bakının Suraxanı rayonu ərazisində 56 yaşlı qadın oğlu yaşlı gənc tərəfindən zorlanıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib.Məlumata görə, hadisə Səttar Bəhlulzadə küçəsində baş verib. Şikayətçi 1956-cı il təvəllüdlü S.V. bildirib ki, 1987-ci il təvəllüdlü M.M. tərəfindən cinsi təcavüzə məruz qalıb.Hadisəni araşdırmaq müstəntiq Məmmədəli Süleymanova həvalə edilib. Hazırda şikayət əsasında araşdırmalara başlanılıb.