Dəhşətli faciə: İldırım bir komandanı məhv etdi - ŞOK VİDEO

Dəhşətli faciə: İldırım bir komandanı məhv etdi - ŞOK VİDEO
Bütün Xəbərlər
18:25 14.02.2012
6401

Demokratik Konqo Respublikasında ildırım faciəvi hadisəyə səbəb olub.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin şərqində yerləşən Kasai bölgəsində ildırım iki komanda arasında oynanan matç zamanı komandalardan birinin 20-35 yaş arası 11 futbolçusunun ölümünə səbəb olub.Həftənin sonunda ölkənin şərqindəki Kasai bölgəsindəki oyun zamanı ildırım çaxır və futbolçuların bir çoxunun yerə yıxıldığı görülür. Top ayağında olan oyunçu zərbəsini vurur və o da yerə uzanır.Oyun dayanır və yerdə qalan futbolçulara dərhal tibbi yardım göstərilir. Ancaq onlardan 11-ni xilas etmək olmur. Daha da maraqlısı ildırımın öldürdüyü 11 futbolçunun eyni komandadan olmasıdır. 30 nəfərin də müxtəlif dərəcəli xəsarətlərlə xilas olduğu ildırım nəticəsində ölənlərin 20 iəl 35 yaş arasında olduğu bildirilib.Rəqib və ev sahibi "Basanqa" komandasının meydandakı heç bir oyunçusuna xəsarət dəyməməsi isə digər komandaya cadu edilməsinə dair iddialara səbəb olub.Orta və qərbi Afrikada təbii fəlakətlərin nəticələrində adətən cadu səbəbinə inanılır.

Xatırladaq ki, bu ölkədə əvvəllər futbol matçı zamanı meydanı ildırım vurmuşdu. Həmin hadisə zamanı da futbolçular həlak olmuşdular.AZXEBER.COM həmin videonu təqdim edir.
OXŞAR XƏBƏRLƏR