Dəhşətli qətl: Əri boşanmaq istəyən hamilə qadını qətlə yetirdi

Dəhşətli qətl: Əri boşanmaq istəyən hamilə qadını qətlə yetirdi
Bütün Xəbərlər
16:25 19.11.2012
2283
6 aylıq hamilə qadını boğaraq qətlə yetiriblər.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dəhşətli hadisə Almaniyada baş verib. Almaniyanın Sokson əyalətində yaşayan 24 yaşlı iki uşaq anası Zeynəb A. 36 yaşlı həyat yoldaşı Yıldıray A. tərəfindən qətlə yetirilib. 3 və 6 yaşlı iki oğlu olan Zeynəbin cəsədini isə qardaşı tapıb. Zeynəbin boğularaq öldürüldüyü məlum olub. 
Cinayətdə şübhəli bilinən Yıldıray A. isə həbs olunub. Polisin apardığı ilkin araşdırma zamanıYıldırayın ötən il bir qadına təcavüz etdiyinə görə həbs olunuduğu da ortaya çıxıb. 
Qətlə yetirdiyi həyat yoldaşının isə bu səbəbdən ondan boşanmaq istədiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR