Dəhşətli qəza ilə bağlı cinayət işi qaldırıldı

Dəhşətli qəza ilə bağlı cinayət işi qaldırıldı
Bütün Xəbərlər
12:25 31.08.2012
1485

Avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.Dərhal hadisə yerinə Daxili İşlər, Səhiyyə, Nəqliyyat və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib və digər zəruri hərəkətlər aparılıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 47 nəfər tibbi yardım göstərilməsi üçün şəhər Klinik Tibbi Mərkəzə və Travmatologiya xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan artıq 18 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 26 nəfərinin isə müalicələri davam etdirilir, onlardan 10-nun vəziyyəti orta ağır və ağırdır.Hazırda şəhər prokurorluğunun istintaq idarəsində iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.Baş Prokurorluqda (493-72-80), Daxili İşlər Nazirliyində (493-62-64), Səhiyyə Nazirliyində (565-12-75) nömrəli "Qaynar xətt" əlaqə mərkəzləri fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA